Məcnun Vahidov
Doğum tarixi:
27 iyul 1946
Vəfat tarixi:
30 aprel 2009
Məcnun Abdulvahid oğlu Vahidov Ağdaşda anadan olub.
Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun Neft-mexanika fakültəsində təhsul alıb (1969) və ömrününü sonuna kimi də bu təhsil ocağında çalışıb.
Mancanaq dəzgahların optimal layihələşdirilməsi ilə məşğul olub. 80 elmi əsərin və 10 ixtiranın müəllifidir. Şahmat bəstəçiliyi üzrə idman ustası olub. “Şahmat bəstəçiliyi” və “Mənsubələr karvanı Böyük İpək yolunda” kitablarının müəllifidir. Azərbaycan Şahmat Federasiyası nəzdində şahmat bəstəçiliyi üzrə komissiyasının sədri və Azərbaycanın yığma komandasının kapitanı olub. 200-ə qədər şahmat məsələləri və etüdləri tərtib edib və bunların bir qismi beynəlxalq müsabiqələrdə mükafat qazanıb. Bir neçə əsəri FİDE-nin Qızıl kitabı olan "FİDE Albomu”-na daxil edilib. Şahmat bəstəçiliyinə aid bir sıra nəzəri məqalələri dərc edib. Həmmüəllifləri ilə birgə iki yeni mövzu kəşf edib və bunlar şahmat üzrə məlumat kitablarına daxil edilib. Azərbaycan birinciliklərində və beynəlxalq yarışlarda hakimlik edib. Ədəbi yaradıcılıqla da məşğul olub. Yumoristik hekayələrin və “Yarımştat” televiziya tamaşasının müəllifidir. Eyni zamanda türkologiya ilə yaxından maraqlanıb və bu sahəyə bir neçə məqalə həsr edib.
Texnika elmləri namizədi, dosent Məcnun Vahidov 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktı nəticəsində həlak olub.