Məmməd Qurbanov (II)

Kino təşkilatçısı

Doğum tarixi:

31 dekabr 1911

Vəfat tarixi:

21 dekabr 1979


Məmməd Qurban oğlu Qurbanov Yelizavetpol quberniyası Zəngəzur qəzasının Merzit kəndində anadan olub. 1919-cu ildə kəndlərinə daşnak quldur dəstələrinin hücumundan sonra ailəsi Hacıqabul stansiyasına gəlib.

1924-cü ildə məktəbdə təhsilini başa vurub, Bakı şəhərinə göndərilib, burada Dəmiryol fabrik-zavod məktəbində parovozların təmiri üzrə çilingər peşəsinə yiyələnib. Bir müddət Gəncədə parovoz deposunda çilingər işləyib. Tiflis dəmiryol fakültəsində (1929-1932), Bakıda Nəriman Nərimanov adına Sənaye Texnikumunda təhsil alıb. Gəncədə Toxuculuq kombinatında komsomol komitəsinin katibi, şəhər komsomol komitəsinin katibi, xalq təhsili şöbəsinin müdiri, “Kirovabad bolşeviki” şəhər qəzetinin məsul redaktoru işləyib (1935-1941).

Vartaşen (indiki Oğuz), Gəncə və Bakıda komsomol, partiya rəhbər işlərində (1941-1955), Azərbaycan Dövlət Radio Komitəsinin sədri (1951-1952), Azərbaycan Mədəniyyət naziri (1955-1965), Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədr müavini (1965-1966), sədri (1966-1979) vəzifələrində çalışıb.

Dəfələrlə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan KP MK üzvü seçilib.

Məmməd Qurbanov 1979-cu ildə vəfat edib, İkinci fəxri xiyabanda dəfn olunub