Məmməd Hüseynov
Rəssam
Geyim rəssamı
Rəssam assistenti
Doğum tarixi:
08 fevral 1929
Vəfat tarixi:
20 yanvar 2002
Məmməd Hüseynağa oğlu Hüseynov (Məmmədağa Hüseynov) Bakıda anadan olub.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1947-1949), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində (1949-1955) təhsil alıb.
1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam işləyib. Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi olub (1972-1977).
Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.
Əməkdar rəssam (1976), Xalq rəssamı (2000) Məmməd Hüseynov 2002-ci ildə vəfat edib.