Məmmədrza Şeyxzamanov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

01 avqust 1915

Vəfat tarixi:

24 yanvar 1984


Məmmədrza İsa oğlu Şeyxzamanov Gəncədə anadan olub.

2 yaşında ikən atasını itirib. Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan “təmizlənmələr” Şeyxzamanovlar nəslinə də əlini çəkib. Babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalıblar. Orta məktəbdə oхuya-oхuya teatr studiyasına daхil olub. 1934-cü ildə Gəncə Dövlət Dram Teatrına dəvət edilib. İlk dəfə “Hind qızı” (Ə.Həmid) tamaşasında Brahma adlı kiçik rolda çıxış edib.

1941-ci ildə pantürkistlikdə ittiham olunan Qazaхıstanın Semipalatinsk vilayətinə sürgün olunub. Sürgündə olduğu illər ərzində orta məktəbdə müəllim işləyib, dram dərnəyi yaradıb. 

Bəraət aldəqdan sonra ailəsilə birlikdə Gəncəyə qayıdıb. Daha sonra Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb. 

Xalq artsiti (1974), Dövlət mükafatı laureatı (1984) Məmmədrza Şeyхzamanov 1984-cü ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.