Məmmədsəfa Qasımov
Doğum tarixi:
25 iyul 1960
Məmmədsəfa Məmmədli oğlu Qasımov (Məmmədsəfa Qəhrəmanov / Məmməd Səfa) Dəvəçidə (indiki Şabran) anadan olub.
Bakı Mədəni-Maarif Texnikumunda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisasında (1977-1980), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində (1980-1984) təhsil alıb.
Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləyib. Fəaliyyətini 1985-ci ildən Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirib. 1989-cu ildən Yuğ Teatrında çalışır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində 1988-ci ildən müəllim, 2002-ci ildən dosent, 2018-ci ildən professordur. Aktyor sənətindən dərs deyir, Səhnə danışığı kafedrasının müdiridir.
“Qızıl Dərviş” mükafatı (2004), Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı (2021), “Altın Güneş Ödülleri” mükafatı (2023), Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı (2023) ilə təltif edilib.
“Teatr... Kino... Aktyor” adlı dərs vəsaiti çap olunub (2024).
Əməkdar artist (2009), Xalq artistidir (2018).