Marat İsgəndərov

Səs rejissoru Səs operatoru

Doğum tarixi:

29 mart 1938

Vəfat tarixi:

19 iyun 2013


Marat Mikayıl oğlu İsgəndərov Bakıda anadan olub.

Leninqrad Kino Mühəndisləri İnstitutunda təhsil alıb (1966).

Əmək fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında işıqçı kimi başlayıb. Mühəndis, səs texnikası sexinin rəisi (1967), baş mühəndis (1969), səs rejissoru (1974-1994), “Salnamə” sənədli filmlər studiyasında səs rejissoru (1994-1999), Azərbaycan Dövlət Film Fondunda baş mühəndis (1999-2007), baş məsləhətçi (2007-2011) vəzifələrində çalışıb.

Əməkdar mədəniyyət işçisi (2005) Marat İsgəndərov 2013-cü ildə vəfat edib.