Mətləb Yusifli

Fokus puller Kamera texniki Operator assistenti

Doğum tarixi:

15 dekabr 1989


Mətləb Ənvər oğlu Yusifli Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət meneceri ixtisasında təhsil alıb (2007-2011).

Bakı Media Mərkəzində operator assistenti (2014-2019), “Azərbaycanfilm” kinostudiyasında kamera texniki (2022) kimi çalışıb.

Operator, fokus puller və kamera texniki kimi müxtəlif prodakşnlarla işləyir.