Mayak Kərimov

Aktyor

Doğum tarixi:

30 noyabr 1944

Vəfat tarixi:

04 noyabr 2011


Mayak Mustafa oğlu Kərimov Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1970).

1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərdə əsasən epizodik rollarda çəkilib.

Xarici film istehsalçılarının “Çilidə gecə” (1977, rejissor Sebastyan Alarkon, Aleksandr Koçarev / Rusiya) filmində, “Günəş altında toz” (1977, rejissor Marionas Qedris / Litva, Rusiya) filmində, “Odlu yollar” (1977-1984, rejissor Şuhrət Abbasov / Özbəkistan) serialında türk polisi rolunda, “Santa Esperansa” (1980, rejissor Sebastyan Alarkon / Rusiya) filmində, “Kondorun düşüşü” (1982, rejissor Sebastyan Alarkon / Rusiya) filmində, “Tənha kommersantın uduşu” (1984, rejissor Sebastyan Alarkon / Rusiya) filmində, “Yaquar” (1986, rejissor Sebastyan Alarkon / Rusiya) filmində zabit rolunda, “Bir bilyard komandasının hekayəsi” (1988, rejissor Sebastyan Alarkon / Rusiya) filmində, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev / Rusiya) serialında çəkilib.

Mayak Kərimov 2011-ci ildə vəfat edib.