Mayıs Ağabəyov

Rəssam Geyim rəssamı Rəssam assistenti Dekor rəssamı

Doğum tarixi:

01 may 1941

Vəfat tarixi:

17 iyun 2020


Mayıs Əlişir oğlu Ağabəyov Bakıda anadan olub.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1961), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb (1969).

“Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyət göstərib. 1965-ci ildən Beynəlxalq və yerli sərgilərdə kino və rəngkarlıq əsərləri ilə iştirak edib. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Akademik rəngkarlıq kafedrasının professoru olub, 2006-2010-cu illərdə kafedraya rəhbərlik edib.

“Humay” milli mükafatına layiq görülüb (2012).

Əməkdar rəssam (1993), Xalq rəssamı (2000) Mayıs Ağabəyov 2020-ci ildə vəfat edib.