Mehdi Məmmədov
Doğum tarixi:
22 may 1918
Vəfat tarixi:
28 yanvar 1985
Mehdi Əsədulla oğlu Məmmədov Şuşada anadan olub.
Bakı Teatr Məktəbində (1935), A.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda (1968, N.Qarçakovun sinfi) təhsil alıb.
Yeddinci sinifdən Bakı Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxıb. Gəncə Dövlət Dram Teatrında (1942-1946), Milli Dram Teatrında (1960-1963), Azərbaycan Dövlət Rus Dram Teatrında (1977-1982) baş rejissor vəzifəsində çalışıb. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub (1971-1976). 1946-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri olub. “Azəri drammaturgiyasının estetik problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1968). 10-a yaxın kitabın müəllifidir.
Dövlət mükafatı laureatı (1984), Əməkdar incəsənət xadimi (1949), Xalq artisti (1958), SSRİ Xalq artisti (1974), sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov 1985-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Rejissor, aktyor Mehdi Məmmədov aktrisa Barat Şəkinskayanın və Şəfiqə Məmmədovanın həyat yoldaşı olub.
Rejissor, aktyor Mehdi Məmmədov aktyor, rəssam Elçin Məmmədovun və aktyor, kinoşünas Ülvi Mehdinin atası olub.