Mehriban Ələkbərzadə
Doğum tarixi:
05 avqust 1965
Mehriban Zaur qızı Ələkbərzadə Gəncədə anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1983-1988, Mehdi Məmmədovun kursu).
Orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib (1982-1983). Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib (1988-1990). Akademik Milli Dram Teatrında rejissor köməkçisi (1991), quruluşçu rejissor (1994), Azərbaycan televiziyasında rejissor və müəllif (1994-1999), Space televiziyasında bədii rəhbər (1999), Müəllif proqramları departamentinin müdiri (2001-2007), Azərbaycan televiziyasında Maarifçilik studiyasının rəhbəri (2007-2008), AMEA-nın Yeni tarix şöbəsində elmi işçi, böyük elmi işçi (2007), Tarix İnstitutunda elmi işçi, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru (2017-2022), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru (2022-2023), Akademik Milli Dram Teatrının bədii rəhbəri (2023-2026) olaraq çalışıb.
2026-cı ildə Azərbaycan Televiziyasının bədii rəhbəridir.
“Tarixin bir günü və ya bir günün tarixi” adlı kitabı nəşr olunub (2005).
“Qızıl çıraq” (2006), “Şərq-Qərb” (2007), “Humay” (1997, 2000, 2011), “Qızıl Dərviş”, “Yusif Məmmədəliyev” (2003), Dövlət mükafatı (2024) laureatıdır. Naxçıvanın Əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimidir (2013).