Mehriban Əliyeva
Doğum tarixi:
26 avqust 1964
Mehriban Arif qızı Əliyeva Bakıda anadan olub.
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində (1981), İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda (1988) təhsil alıb.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib (1988-1990). Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib (1990-1995). “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb (2005).
1995-ci ildə onun təşəbbüsü ilə hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə üç dildə çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib. Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib (2002). 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. Milli Məclisə Əzizbəyov ikinci seçki dairəsindən (2005), Xəzər ikinci seçki dairəsindən (2010, 2015) deputat seçilib. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib. UNESCO-nun (2004-2022) və ISESCO-nun (2006) Xoşməramlı səfiri adına layiq görülüb. Heydər Əliyev Mükafatı ilə təltif edilib (2009).
2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.