Mehriban Əfəndi
Doğum tarixi:
05 may 1968
Mehriban Əfəndi (Mehriban Əfəndiyeva Cavanşir qızı / Mehriban Əfəndizadə / Mehriban Sadıqbəyli) Bakıda anadan olub.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1984-1988), Moskvada “Soyuzmultfilm”in animasiya məktəbində (1989-1991), ABŞ Tədris Mərkəzində (1999-2002) təhsil alıb.
Bir müddət “Azərbaycanfilm” kinostudiyasında çəkilişə hazırlıq şöbəsinin rəisi vəzifəsində çalışıb. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. Bolqarıstanda keçirilən beynəlxalq “Radiance-2010” müsabiqəsində birinci yerə layiq görülüb.
Almaniya istehsalı olan “Absurdistan” (2008, rejissor Veit Helmer) filminin geyim rəssamı olub. Bu filmə görə “Festival International Cinema & Costume Moulins” festivalında (Paris / Fransa) “Ən yaxşı geyim rəssamı” mükafatına (2010), Beynəlxalq Skopje Macedonia Kino Festivalının Mükafatına və Alman Kino Akademiyasının Lola mükafatına layiq görülüb.
Əməkdar rəssamdır (2016).