Mələkxanım Eyubova

Musiqi ifaçısı

Doğum tarixi:

05 noyabr 1962


Mələkxanım Yadigar qızı Eyubova (Mələkxanım Əyyubova) Şamaxıda anadan olub.

Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbində, Azərbaycan Dövlət İncəsənət Universtetinin Musiqili komediya aktyorluğu fakültəsində (1979-1984) təhsil alıb.

Əfsər Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti, "İrs" folklor ansamblının (1980-1985) üzvü olub. 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, Cabbar Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb. 1995–ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında (Ü.Hacıbəyov) Leyli rolunun ifaçısı olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə dərs deyir, professordur.

Əməkdar artist (1998), Xalq artistidir (2002).