Mirzə Əliyev

Prodüser İnzibatçı Rejissor assistenti Direktor Koordinator Rejissor Ssenari müəllifi

Doğum tarixi:

28 mart 1969


Mirzə Əliyev Sabirabadda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

1986-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində çalışıb. Bir müddət Bakı şəhər 26 Bakı komissarı rayon komsomol komitəsində işləyib (1988-1990). Hazırda Azərbaycan televiziyasında istehsalat şöbəsinin müdiri vəzifəsindədir.