Mirzə Mustafayev

Operator Rejissor Ssenari müəllifi İkinci operator Operator assistenti Quraşdırılmış səhnələrin operatoru Montaj rejissoru Aktyor

Doğum tarixi:

22 iyun 1908

Vəfat tarixi:

15 mart 1979


Mirzə Mirzəbaxış oğlu Mustafayev (Mirzəbəy Mustafayev) Bakıda anadan olub.

1931-ci ildən kinoda fəaliyyət göstərib. Böyük Vətən Müharibəsinin (1941-1945) ilk günlərindən ön cəbhədə çəkilişlər aparıb, düşmənlə döyüşüb, dəfələrlə ölümlə üz-üzə qalıb. Müharibədən sonra da kinoda fəaliyyətinə həm operator, həm də sənədli filmlərin rejissoru kimi davam edib.

Mirzə Mustafayev 1979-cu ildə vəfat edib.

Operator, rejissor Mirzə Mustafayev rejissor Nina Mustafayevanın həyat yoldaşı olub.