Mövsüm Hüseynov

Aktyor

Doğum tarixi:

13 iyun 1958

Vəfat tarixi:

20 yanvar 2025


Mövsüm Türbəndə oğlu Hüseynov (Möhsün Hüseynxanlı) Laçında anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1980-1985).

Sumqayıt Dövlət Musiqili Dram Teatrında (1982-1995, 2010-2025), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1995-1997), Bakı Bələdiyyə Teatrında (1997-2008) çalışıb.

Əməkdar artist (2018) Mövsüm Hüseynov 2025-ci ildə vəfat edib, Sumqayıt qəbiristanlığında dəfn olunub.