Mübariz Əsgərov
Doğum tarixi:
20 yanvar 1962
Mübariz Ağalı oğlu Əsgərov Ucar şəhərində anadan olub.
1986-cı ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, sonradan təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə göndərilib (1986-1992).
Azərbaycan televiziyasında (1992-1998) və ANS TV-də (1998) layihə rəhbəri vəzifəsində çalışıb. “Qulp” satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Xəzər TV və ARB TV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olub.
2013-cü ildən "Qulp Studio"nun təsisçisi və rəhbəridir. "Obyektiv Milli Dəyərlərin Təbliğinə Dəstək" İctimai Birliyinin sədridir.
2021-ci ildə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.
Əməkdar jurnalistdir (2015).