Müqəddəs Şahbazov
Ssenari müəllifi
Redaktor
Doğum tarixi:
21 mart 1962
Müqəddəs Bahəddin oğlu Şahbazov Lerikin Lərmərud kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1983-1990).
“Kimyaçı” qəzeti redaksiyasında tərcüməçi, Kimya Sənayesi İstehsal Birliyi radio verilişləri redaksiyasında redaktor, “Ana sözü” jurnalı redaksiyasında müxbir, “Haray” qəzeti redaksiyasında baş redaktor müavini, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, “Azərmətbuatyayımı” İstehsalat Birliyi Sumqayıt şəhər agentliyində rəis müavini (1988-1998), Lider televiziyasının “Azərbaycan” redaksiyasında redaktor (2002-2007), “Sineman” jurnalının baş redaktoru olub. 2021-ci ildən İctimai televiziyada çalışır.