Müxlis Cənizadə
Doğum tarixi:
26 noyabr 1928
Vəfat tarixi:
10 dekabr 1972
Müxlis Mirsabir oğlu Cənizadə Bakıda anadan olub.
Azərbaycan Dövlət Teatr Texnikumunda və Dövlət Teatr İnstitutunda (Kazım Ziyanın kursu) təhsil alıb.
Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru olub (1953-1963). Bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi də tanınıb.
1961-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Teatr İnstitutunda dərs deyib. İnstitutun Tədris Teatrında tamaşalara quruluş verib.
Xarici film istehsalçılarının “Namus uğrunda” (1956, rejissor Artaşes Ay-Artyan / Ermənistan) filmində, “Sonuncu düym” (1958, rejissor Teodor Vulfoviç, Nikita Kurixin) filmində mexanik rolunda çəkilib.
Əməkdar artist (1960) Müxlis Cənizadə 1972-ci ildə vəfat edib.