Münəvvər Kələntərli

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

21 dekabr 1912

Vəfat tarixi:

05 fevral 1963


Münəvvər Səməd qızı Kələntərli Lənkəranda anadan olub. 17 yaşında ikən Bakıya gəlib.

1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəllər Opera Teatrında, sonralar isə Musiqili Komediyada Teatrında fəaliyyət göstərib. 1953-cü ildə “Vətən” kinoteatrına direktor müavini təyin olunub. Bundan sonra teatrdan çıxıb, ancaq filmlərə çəkilib.

SSRİ Dövlət Mükafatı laureatı (1946), Əməkdar artist (1940) Münəvvər Kələntərli 1963-cü ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.