Musa Bağırov

Rejissor Ssenari müəllifi Montaj rejissoru

Doğum tarixi:

10 may 1932

Vəfat tarixi:

11 may 2022


Musa Ağabəy oğlu Bağırov Bakıda anadan olub.

Uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində çalışıb. 50-dən artıq sənədli filmə quruluş verib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya kafedrasının müdiri təyin edilib. 1997-ci ildə həmin kafedra əsasında Televiziya rejissoru və Kinorejissorluq və operator sənəti kafedraları yaranıb. Televiziya rejissoru kafedrasına professor Musa Bağırov rəhbərlik edib. Həmçinin general Həzi Aslanovla bağlı araşdırmaların – “Generalın yolu” (1988), “Sərkərdənin taleyi” (1999) kitablarının müəllifidir.

Əməkdar incəsənət xadimi (1989) Musa Bağırov 2022-ci ildə vəfat edib.