Nəbi Xəzri
Doğum tarixi:
10 dekabr 1924
Vəfat tarixi:
15 yanvar 2007
Nəbi Xəzri (Nəbi Babayev Ələkbər oğlu) Xırdalanda anadan olub.
Azərbaycan Dövlət Universitetində (1945-1947), Leninqrad Dövlət Universitetində (1947-1949), Maksim Qorki adına Ədəbiyyat İnstitutunda (1949-1952) təhsil alıb.
“Kommunist” qəzetində korrektor (1943-1945), “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi (1957-1958), Azərbaycan radiosunda diktor, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini (1965-1971), Mədəniyyət nazirinin müavini (1971-1974), Yazıçılar İttifaqında məsləhətçi və katib (1952-1957, 1958-1965), “Azərbaycan dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti olub.
“Çiçəklənən arzular” adlı ilk kitabı 1950-ci ildə çap edilib. Kitabları, pyesləri, ədəbi–tənqidi məqalələri, publisistik məqalələri, tərcümələri var.
SSRİ (1973) və Azərbaycan (1982) Dövlət mükafatları laureatı, “Şöhrət” (1995) və “İstiqlal” (2004) ordenləri mükafatçısı, Əməkdar incəsənət xadimi (1979), Xalq şairi (1984) Nəbi Xəzri 2007-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.