Nadir Bədəlov

Ssenari müəllifi Redaktor Filmi səsləndirən Yaradıcı heyətin üzvü

Doğum tarixi:

04 avqust 1956


Nadir Xadmətulla oğlu Bədəlov Bakının Buzovna qəsəbəsində anadan olub.

N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunun Mədəni-maarıf şöbəsində, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb.

Təhsil aldığı müddətdə Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi vəzifəsində çalışıb. Azərbaycan Radio və Televizya Komitəsində redaktor (1984-1987), Azərbaycantelefilm Yaradıcılıq Birliyində böyük redaktor (1987-1991), “215 KL” studiyasında şöbə müdiri (1991-1993), Space televiziyasında baş redaktor, “Yaradıcılıq” şöbəsinin müdiri (1998), “Günaydın” səhər proqramının müəllifi və bədii rəhbəri, ANS PRESS Mətbuat evinin “El” jurnalının şef-redaktoru (2006-2010), “Salnaməfilm” studiyasında redaktor vəzifələrində çalışıb. Bir çox radio və TV layihələrinin müəllifi və aparıcısı olub.

“Azərbaycan məscidləri” və “Kino gözlə söz arasında” (2023) kitablarının müəllifidir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyasının İdarə Heyətinin sədridir.