Nadir Xasıyev
Aktyor
Doğum tarixi:
24 dekabr 1961
Nadir Şənbə oğlu Xasıyev Ağsunun Bico kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu şöbəsində (1974-1984), Bakı Musiqi Akademiyasının Vokal şöbəsində (1994-1998) təhsil alıb.
Tələbə ikən Opera və Balet Teatrında mimans aktyoru kimi fəaliyyətə başlayıb (1981). 1982-ci ildən teatrın xorunda çalışıb. Məzun olduqdan sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işləyib. 1993-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır.
Əməkdar artistdir (2019).
Aktyor Nadir Xasıyev müğənni Elay Xasıyevin atasıdır.