Nahidə Orucova
Aktrisa
Filmi səsləndirən
Doğum tarixi:
18 iyul 1961
Nahidə Mülük qızı Orucova Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1984, Mikayıl Mirzə və Fuad Hacıyevin kursu).
Bir müddət Sumqayıt Dövlət Dram Teatrında işləyib. 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına solist-vokalist vəzifəsinə qəbul olunub.
Əməkdar artistdir (2012).