Nəriman Nərimanov
Doğum tarixi:
14 aprel 1870
Vəfat tarixi:
19 mart 1925
Nəriman Nəcəf oğlu Nərimanov Tbilisidə anadan olub.
Qori seminariyasında (1890), Novorosiysk (Odessa) Universitetinin tibb fakültəsində (1908) təhsil alıb.
1894-cü ildə Bakıda müsəlman kütlələri üçün ilk xalq qiraətxana-kitabxanası təşkil edib. İctimai problemlərə toxunduğu ədəbi əsərlər yazıb, N.Qoqolun “Müfəttiş” komediyasını Azərbaycan dilinə tərcümə edib (1899), Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər tərtib edib. 1905-ci ildə sosial demokrat “Hümmət” təşkilatına üzv olub, 1917-ci ildə təşkilatın sədri olub. Rusiyanın sosial-demokrat partiyasının (RSDRP) proqramını türk dilinə çevirib. 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR xalq milli işlər komissarının müavini təyin olunub. Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycan İnqilabı Komitəsinin (Revkom) və Xalq Komissarları Şurasının sədri təyin edilib. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Azərbaycan SSR XKS-nin sədri seçilib. 1922-ci ildə SSRİ yarandıqdan sonra Mərkəzi İcra Komitəsinin sədrlərindən biri təyin olunub.
Nəriman Nərimanov 19 mart 1925-ci ildə müəmmalı şəkildə ölüb və Kreml divarı nekropolunda dəfn edilib.