Nəsibə Zeynalova
Doğum tarixi:
20 aprel 1916
Vəfat tarixi:
10 mart 2004
Nəsibə Cahangir qızı Zeynalova Bakıda, Azərbaycan milli realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun ailəsində anadan olub.
1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bir il burada aktrisalıq edib, 1938-ci ildə yeni yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. 1941-ci ildə Teatr Texnikumunu bitirib Musiqili Komediya Teatrında işləməyə başlayıb.
Xarici film istehsalçılarının “İlk baxışdan sevgi” (1975, rejissor Rezo Esadze / Rusiya, Gürcüstan) filmində çəkilib.
Əməkdar artist (1960), Xalq artisti (1967), Dövlət mükafatları laureatı (1974, 1981) Nəsibə Zeynalova 2004-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Aktrisa Nəsibə Zeynalova aktyor Cahangir Novruzovun anasıdır.
Aktrisa Nəsibə Zeynalova aktyor Cahangir Zeynalovun qızıdır.