Nazir Əliyev
Doğum tarixi:
29 mart 1946
Vəfat tarixi:
28 avqust 1997
Nazir Kərim oğlu Əliyev Lənkəranın Port-İliç qəsəbəsində (indiki Liman şəhəri) anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1964-1968, Rza Təhmasibin kursu).
Təyinatla Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb (1968-1970). Sonralar Naxçıvan Dövlət Musiqili Dram Teatrında (1970-1975), Lənkəran Dövlət Dram Teatrında (1975-1988), Azərbaycan Dövlət Akademik Dram Teatrında (1988-1997) çalışıb.
Teatrda işdən çıxandan sonra sənəti tərk edərək ömrünün sonuna kimi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayıb.
Əməkdar artist (1982) Nazir Əliyev 1997-ci ildə Dubayda vəfat edib, doğulduğu Lənkəranda dəfn olunub.
Aktyor Nazir Əliyev aktrisa Münəvvər Əliyevanın (II) həyat yoldaşıdır.