Nigar Rəfibəyli
Doğum tarixi:
23 iyun 1913
Vəfat tarixi:
09 iyul 1981
Nigar Xudadat qızı Rəfibəyli Gəncədə anadan olub.
Bakı Pedaqoji Texnikumunda (1930), Moskva Pedaqoji İnstitutunda (1932-1936) təhsil alıb.
Bakı kinostudiyasında ssenari şöbəsində, fəhlə-gənclər məktəbində (1930-1932), “Azərnəşr”də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor (1937-1939) vəzifələrində işləyib.
“Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilib. Xarici müəlliflərin əsərlərini azərbaycan dilinə tərcümə edib.
Əməkdar mədəniyyət işçisi (1967), Xalq şairi (1981) Nigar Rəfibəyli 1981-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.
Şair Nigar Rəfibəyli şair Rəsul Rzanın həyat yoldaşı olub.
Şair Nigar Rəfibəyli yazıçı Anar Rzayevin anasıdır.