Niyaməddin Musayev
Musiqi ifaçısı
Aktyor
Doğum tarixi:
01 iyun 1940
Niyaməddin Cabbar oğlu Musayev İmişlidə anadan olub.
Azərbaycan Dövlət Milli İqtisadiyyat İnstitutunun İqtisad fakültəsində təhsil alıb.
Bir müddət Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1957-ci ildən peşəkar səhnədədir. 1966-cı ildə ilk dəfə Əhməd Bakıxanovun rəhbərliyi ilə Xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə “Muğam-68” festivalının qalibi olub. 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb.
1978-ci ildən “Röya” vokal instrumental ansamblının bədii rəhbəridir.
Naxçıvanın Əməkdar artisti (1991), Xalq artistidir (1998). “Şöhrət” ordeni ilə təltif edilib (2000).