Niyaz Şərifov
Aktyor
İkinci rejissor
Doğum tarixi:
16 mart 1914
Vəfat tarixi:
15 may 1982
Niyaz Səttar oğlu Şərifov Bakıda anadan olub.
Bədəl bəy Bədəlbəyovun məktəbində, Bakı Teatr Məktəbində təhsil alıb.
Tələbəlik illərindən 1933-cü ilə qədər - bu teatr Gəncəyə köçənə qədər Bakı Türk İşçi Teatrında aktyorluq edib. 1938-ci ildə Musiqili Komediya Teatrı yaradılanda əvvəlcə texniki rejissor, sonra isə quruluşçu rejissor işləyib. Müəyyən fasilələrlə ömrünün sonuna qədər bu kollektivdə işləyib.
Əməkdar incəsənət xadimi (1974) Niyaz Şərifov 1982-ci ildə vəfat edib.