Növrəstə Həşimova

Aktrisa

Doğum tarixi:

27 noyabr 1954


Növrəstə Xankişi qızı Həşimova Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1973-1977).

Orta məktəbdə oxuduğu illərdə Cəfər Cabbarlı adına mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında müxtəlif səpkili rollarda oynayıb. 1973-cü ildən Sumqayıt Dövlət Dram Teatrında çalışır.

“Tərəqqi” medalı ilə təltif olunub (2008). Əməkdar artistdir (2000).