Novruz Axundov

Aktyor

Doğum tarixi:

09 may 1938


Novruz Ağa oğlu Axundov Naxçıvanda anadan olub. Hələ 1918-ci ildə əslən Qərbi Azərbaycandan olan ailəsi Dərələyəz mahalından qovulub. 1937-ci ildə babası və əmisi repressiyaya məruz qalaraq Azərbaycandan sürgün olunublar. Körpə ikən ailəsi Kürdəxanıya, sonra isə Pirşağıya köçüb.

Azərbaycan Dövlət Teatr İnstitutunun Kino və dram aktyorluğu fakültəsində (1962-1967), Moskvada rejissorluq kurslarında təhsil alıb.

Özbəkistan istehsalı olan “107 təlimatına görə çevriliş” (1982, rejissorlar Zahid Sabitov, Georgi Bzarov) filmində, bir çox “Mozalan” süjetində çəkilib.

1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində assistent, sonra rejissor kimi fəaliyyət göstərib. 500-ə qədər filmin Azərbaycan dilinə dublyajına rejissorluq edib.