Novruz Cəfərov
Doğum tarixi:
13 mart 1953
Novruz Adil oğlu Cəfərov (Novruz Cəfərli / Novruz Könüllü) Şəmkirin Könüllü kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru ixtisasında təhsil alıb (1971-1975).
Təyinatla Şəki Dövlət Dram Teatrına aktyor göndərilib, uzun müddət orada işləyib (1975-1997). 1997-ci ildən Gəncə Dövlət Dram Teatrının və Gəncə Dövlət Nizami Poeziya Teatrının aktyoru olub.
10-dan çox pyes yazıb, pyesləri səhnələşdirilib. “Komediyalar” və “Sənət fədailəri” kitabları çapdan çıxıb. Teatrda rejissor kimi də fəaliyyət göstərib.
Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub (2017-2021). 2021-ci ildən yenidən Gəncə Dövlət Dram Teatrında işləyir.
“Qızıl Dərviş” mükafat laureatı, Əməkdar artistdir (2013).