Ofeliya Aslan

Aktrisa

Doğum tarixi:

27 yanvar 1939

Vəfat tarixi:

18 may 2010


Ofeliya Rza qızı Aslan (Ofeliya Əfqanlı / Ofelya Aslanova) Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsində təhsil alıb (1977-1983).

Quba Dövlət Dram Teatrında (1956-1958), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1958-1961) işləyib. 1962-ci ildən Musiqili Komediya Teatrının xorunda oxuyub. Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib (1965-1968). 1968-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası olub (fasilələrlə). İlk rolu “Durna” komediyasında Lalə obrazı olub. Gənc Tamaşaçılar Teatrında “Nəsrəddin” (Yusif Əzimzadə) əsərində Əliş – oğlan rolunda səhnəyə çıxıb (1962). Moskvanın Operetta Teatrında tamaşaya qoyulmuş “Mama, ya jenyus” (Rauf Hacıyev) əsərində Bibixanım rolunda çıxış edib. Uzun fasilədən sonra 1997–ci ildən yenidən teatra qayıdıb və ömrünün sonunadək fəaliyyətini davam etdirib.

Aktrisa Ofeliya Aslan 2010-cu ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.

Aktrisa Ofeliya Aslan aktyor Rza Əfqanlının və rəssam Bədurə Əfqanlının qızıdır.
Aktrisa Ofeliya Aslan aktyor Səyavuş Aslanın həyat yoldaşı olub.