Orxan Fikrətoğlu
Doğum tarixi:
21 mart 1966
Orxan Fikrətoğlu (Orxan Sadıqov Fikrət oğlu) Bakıda anadan olub.
İdman internatında (1973-1983), Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda (1983-1991) təhsil alıb.
“Azərbaycanfilm” kinostudiyasında işıqçı assistenti kimi işə başlayıb. Sonra operator, rejissor assistenti olub. Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor, “Azkinovideo”da baş redaktor, “Azərbaycantelefilm”də baş redaktor, “Mir” teleşirkətinin direktor müavini, ANS televizyasının baş redaktoru, “Günay” qəzetinin direktoru, “Mozalan” studyasının direktoru və bədii rəhbəri, Milli Kulinariya Mərkəzinin direktoru (2022-2023), Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifəsini icra edən (2023-2025) vəzifələrində çalışıb.
İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında çap olunub. 10-dan çox nəsr və publisistik kitabın müəllifidir. Pyesləri ölkə teatrlarında səhnələşdirilib.
Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsində dərs deyib.
ANS TV-də ATV-də və İctimai televiziyada veriliş aparıcısı olub.
Hazırda Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviridir.
“Qızıl Qələm” (2008), “Zirvə” (2001), “Qızıl Pəri” (2018), “Həsən bəy Zərdabi” (2019) mükafatları laureatıdır. Əməkdar incəsənət xadimidir (2016).
Yazıçı, ssenarist Orxan Fikrətoğlu şair Fikrət Sadıqın oğludur.