Oruc Qurbanov

Rejissor

Doğum tarixi:

24 iyul 1949

Vəfat tarixi:

23 dekabr 2022


Oruc İzzət oğlu Qurbanov (Oruc İzzətoğlu) Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu ixtisasında, Moskvada rejissor A.Efrosun rəhbərliyi altında Ali teatr rejissorluğu kursunda (1979-1980) təhsil alıb.

Sankt Peterburqun “Lensovet”, Moskvanın “Malaya Bromnaya” teatrlarında təcrübə keçib. 1975-ci ildən Lənkəran Dövlət Teatrında baş rejissor, Sumqayıt Dövlət Teatrında rejissor işləyib. Lənkəran Dövlət Dram Teatrının baş rejissoru olub (2017–2022). Akademik Milli Dram Teatrında, İrəvan Dövlət Teatrında, Musiqili Komediya Teatrında bir neçə tamaşaya quruluş verib. “Dirilən adam” (Mir Cəlal) tamaşasına görə “Qızıl Dərviş” mükafatına layiq görülub (2006). Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olub. Radio-tamaşalar hazırlayıb. On iki cild həcmində roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir.

Əməkdar incəsənət xadimi (2002) Oruc Qurbanov 2022-ci ildə vəfat edib.