Polad Məmmədov

Operator İkinci operator

Doğum tarixi:

22 noyabr 1972


Polad Əhmədağa oğlu Məmmədov Bakıda anadan olub.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1987-1991), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keramika fakültəsində (1991-1997) təhsil alıb.

Space TV-də (2002-2005), İctimai televiziyada, Azərbaycan televiziyasında, Bakı Media Mərkəzində operator kimi çalışıb.

Hazırda İctimai televiziyanın əməkdaşıdır. 

Foto yaradıcılığı ilə də məşğuldur, sərgilərdə iştirak edir. Rəsm dərsləri verir.