Rafael Əsədov

Rəssam

Doğum tarixi:

19 iyul 1944


Rafael Əsədov Masallıda anadan olub.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1961-1966), Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində (1969-1977) təhsil alıb.

1968-ci ildən Azərbaycan televiziyasında əmək fəaliyyətinə başlayıb. 40 ildən artıq müddətdə televiziyanın baş rəssamı olub. Space televiziyasının baş rəssamı kimi çalışıb (2012–2015). 1968-ci ildən başlayaraq “Yazıçı”, “Gənclik”, “Maaraf” və s. nəşriyyat orqanlarında, “Pioner”, “Ulduz” jurnallarında Azərbaycan və Dünya ədəbiyyatı nümunələrinə yüzlərlə illüstrasiyalar hazırlayıb. Sərgilərin daimi iştirakçısıdır.

2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət kafedrasında müəllim vəzifəsində çalışır.

Humay Milli Mükafatına layiq görülüb (1997). Əməkdar mədəniyyət işçisidir (2001).