Rafael Salamzadə
Operator
İkinci operator
Operator assistenti
Doğum tarixi:
23 avqust 1942
Rafael Cabbar oğlu Salamzadə (Rafayıl Salamzadə) Bakıda anadan olub.
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq kursunda təhsil alıb (1984).
“Azərbaycanfilm” kinostudiyasında 1967-ci ildə işıq sexində kino fəaliyyətinə başlayıb. 6 ay işıqçı işlədikdən sonra 10 il xronikada operator assistenti kimi çalışıb. 50-ə yaxın xronikal film və kinojurnallar üçün süjetlər çəkib. Qarabağ döyüşlərində operator kimi xidmətdə olub.
Əməkdar mədəniyyət işçisidir (2009).