Rafiq Dadaşov
Doğum tarixi:
20 iyul 1946
Vəfat tarixi:
05 fevral 2017
Rafiq Ağahüseyn oğlu Dadaşov Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində (1964-1970), Moskva Dövlət Kino Komitəsinin nəzdindəki Ali ikiillik kinorejissor və ssenarist kurslarında (1969-1971) təhsil alıb.
1963-cü ildə "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunub, rejissor köməkçisi (1964-1972), rejissor (1972-1995) kimi çalışıb. 1995-ci ildən "Azərbaycantelefilm"də işləyib. Daha sonra "Sabah" Yaradıcılıq Birliyində sədr müavini vəzifəsində çalışıb. 1997-ci ildən yenidən "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. 2002-ci ildən Azərbaycan Televiziya və Radio Verlişləri QSC "Azərbaycantelefilm" birliyində rejissor vəzifəsində çalışıb.
Əməkdar mədəniyyət işçisi (2016) Rafiq Dadaşov 2017-ci ildə vəfat edib.
Rejissor Rafiq Dadaşov montajçı Nelli Dadaşovanın həyat yoldaşı olub.