Rafiq Həşimov

Ssenari müəllifi Rejissor Aktyor Filmi səsləndirən

Doğum tarixi:

11 avqust 1966


Rafiq Məhəmməd oğlu Həşimov Ucarın Əlikənd kəndində anadan olub. 18 yaşına kimi Abşeronun Güzdək qəsəbəsində yaşayıb.

Bakı Rabitə Elektrotexnikumunun Televiziya və radio texnikası fakültəsində (1981-1985), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində (1997) təhsil alıb.

1987-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində texnik kimi işə başlayıb. Sonradan videooperator, montajçı işləyib. 1990-cı ildən diktor kimi fəaliyyət göstərib. "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olub. Space TV-də (2001-2003), Lider TV-də (2006-2007), Xəzər TV-də (2015) aparıcı və müxbirlərin nitqi ilə məşğul olub. Xəzər Universitetində nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərib. Hekayələri və esseləri, eləcə də dünya ədəbiyyatı klassiklərindən, o cümlədən Nobel mükafatı laureatları Herman Hesse, Çeslav Miloş, Xorxe Luis Borxesdən Azərbaycan dilinə etdiyi tərcümələr ölkənin jurnal və qəzetlərində çap olunub.

2020-ci ildə Azərbaycan televiziyasınn sədr müavini təyin olunub.

Əməkdar artistdir (1998).


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu