Rafiq Hüseynov
Aktyor
Filmi səsləndirən
Doğum tarixi:
24 aprel 1941
Vəfat tarixi:
19 avqust 2018
Rafiq Mirzəcan oğlu Hüseynov Hacıqabul rayonunda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb (1968).
Sumqayıt Dövlət Dram Teatrında aktyor, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim vəzifəsində işləyib. Uzun müddət Gənc Tamaşaçılar Teatrında çalışıb (1972-2018). Bir neçə tamaşanın müəllifi və quruluşçu rejissoru olub.
Əməkdar artist (1991) Rafiq Hüseynov 2018-ci ildə vəfat edib.