Rafiq Nəsirov

Rəssam Aktyor

Doğum tarixi:

27 may 1947

Vəfat tarixi:

29 noyabr 2024


Rafiq Əliş oğlu Nəsirov Sabirabadda anadan olub.

Politexnik Texnikumunun Memarlıq şöbəsində (1964) və Azərbaycan Dövlət Politexnik İnstitutunun Memarlıq ixtisasında (1964-1969) təhsil alıb.

1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.

“Xeyirlə şərin rəqsi” filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında “Qızıl Pəri” Mükafatına layiq görülüb (2018).

“Humay” mükafatı laureatı (2003), Əməkdar rəssam (2000), Xalq rəssamı (2007) Rafiq Nəsirov 2024-cü ildə vəfat edib.