Rafiq Səməndər
Doğum tarixi:
10 yanvar 1950
Rafiq Səməndər (Rafiq Ələddinov Səməndər oğlu) Quba rayonunun Rustov kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Azərbaycan televiziyasında redaktor, baş redaktor, birlik rəhbəri, BMTİ telekanalında baş redaktor, “Yurd” jurnalında redaktorlar şöbəsinin müdiri, Lider televiziyasında qrup rəhbəri (2000-2002), İctimai televiziyada “Ədəbiyyat və incəsənət”, “Xüsusi layihələr üzrə departament”in direktoru, “Carçıfilm” Yaradıcılıq Birliyinin baş redaktoru olaraq çalışıb. Azərbaycan Beynəlxalq Universitetində dərs deyib. 20 bədii əsərin və 25 pyesin, 20 yanvar şəhidlərinə həsr edilmiş 150 min tirajla çap olunan “Şəhidlər” kitabının müəllifidir.
Əməkdar jurnalistdir (2011).