Rafiq Yüzbaşov
Doğum tarixi:
27 iyul 1937
Vəfat tarixi:
19 fevral 2016
Rafiq Hüseyn oğlu Yüzbaşov Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetində (1964), Moskvada ikiillik Ali Ssenaristlər və Kinorejissorlar Kurslarında təhsil alıb.
“Kino yenilikləri” qəzetində tərcüməçi-redaktor (1964-1965), "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti (1965-1966), “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində redaktor (1966-1975), “Azərbaycanfilm” kinostudiyasının nəzdindəki Xronikal-Sənədli və Elmi-Kütləvi Filmlər Birliyində rejissor (1977-1993) kimi çalışıb. “Sovet Azərbaycanı” və “İncəsənət” kinojurnalları üçün yüzlərlə kinosüjetin müəllifidir.
Rafiq Yüzbaşov 2016-cı ildə vəfat edib.