Rafiq Hüseynli

Filmi səsləndirən Redaktor Rejissor

Doğum tarixi:

04 avqust 1946

Vəfat tarixi:

26 oktyabr 2017


Rafiq Əyyub oğlu Hüseynli (Rafiq Hüseynov) Şuşada anadan olub.

Orta məktəbi bitirdikdən sonra 17 yaşında televiziyada işıqçı kimi işə başlayıb. Diktor müsabiqəsindən keçdikdən sonra 1966-cı ilin dekabr ayında ilk dəfə diktor kimi efirə çıxıb. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında diktor və aparıcı kimi çalışıb. Televiziyada işıqçılıqdan sədr müavinliyinə kimi müxtəlif sahələrdə işləyib. Bir çox filmlərin redaktoru olub.

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dərs deyib.

Xalq artisti (1990), professor, Dövlət Mükafatı laureatı Rafiq Hüseynli 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.


Diktor Rafiq Hüseynli diktor Roza Tağıyevanın və ssenarist Səbinə Hüseynlinin həyat yoldaşı olub.

Diktor Rafiq Hüseynli aparıcı, aktrisa Leyli Hüseynlinin atasıdır.