Rahib Əliyevv
Aktyor
Doğum tarixi:
12 iyul 1945
Vəfat tarixi:
28 mart 2024
Rahib Seyidağa oğlu Əliyev Bakıda anadan olub.
Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1965-1969).
1967-ci ildə tələbə ikən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunub və 1968-ci ildən etibarən fasiləsiz olaraq burada çalışıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı (2015), “Tərəqqi” medalı (2018) ilə təltif olunub.
Əməkdar artist (2006) Rahib Əliyev 2024-cü ildə vəfat edib, Qurd qapısı qəbiristanlığında dəfn olunub.