Rəhman Bədəlov
Doğum tarixi:
28 may 1937
Vəfat tarixi:
09 iyul 2025
Rəhman Ağahüseyn oğlu Bədəlov Bakıda anadan olub.
Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsində təhsil alıb (1969).
1959-1968-ci illərdə müxtəlif tikinti təşkilatlarında çalışıb. 1968-ci ildən pedaqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda EA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil alıb. Kiçik elmi işçi, baş elmi işçi kimi araşdırmalar aparıb. BSİPİ-nun professoru olub. 60-cı illərin əvvəllərindən mədəniyyətin ümumi problemləri, teatr və kino haqqında məqalələrlə mətbuatda çıxış edib. 1986-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi kimi fəaliyyət göstərib.
Fəlsəfə elmləri doktoru, Professor Rəhman Bədəlov 2025-ci ildə vəfat edib.